ETSN: Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

ETSN: Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən TİA.AZ-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd olunub ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.