Estoniya Parlamentinin spikeri Henn Polluaas ölkənin Rusiya ilə 2014-cü il tarixli sərhəd müqaviləsinin müddəalarına əməl etməkdən imtina etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Estoniya sənədin ratifikasiyasını davam etdirmək niyyətində deyil, çünki bu, Tartu Sülh Müqaviləsi ilə ziddiyyət təşkil edir.
Estoniyanın ERR yayım portalına verdiyi müsahibədə spiker Rusiyanın hərəkətlərindən asılı olmayaraq Tallinin qərarının dəyişməyəcəyini vurğulayıb.
“Koalisiyanın mövqeyi ondan ibarətdir ki, sərhəd müqaviləsinin ratifikasiyası ilə hərəkət etməyəcəyik”, – Polluaas deyib.
Hakim koalisiya əmindir ki, müqavilənin ratifikasiyasının davam etməsi Estoniyanın 1920-ci il Tartu Barışıq Müqaviləsi çərçivəsində ona verilmiş İvanqorod və Peçora bölgəsindən imtina etməsinə səbəb olacaq.
Xatırladaq ki, sənədə əsasən, RSFSR Pskov vilayətinin Peçora rayonunun əraziləri və Estoniyanın İnqermanlandiya adlanan ərazisi (indiki Leninqrad vilayətinin Kinqisep rayonunun bir hissəsi), həmçinin Narva çayının sağ sahili (indiki Leninqrad vilayətinin Slantsevski rayonunun bir hissəsi) ərazisini Estoniyaya verib.









