Ermənistan parlamentində kütləvi dava – Video

Ermənistan parlamentində kütləvi dava – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava düşüb.

Tribuna.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, Mülki Müqaviləsi Partiyasından olan deputat Taron Çaxoyanın çıxışı zamanı hakim partiya ilə müxalif Güclü Ermənistan Partiyasının deputatları arasında qarşıdurma yaranıb:

“Dava Çaxoyanla Güclü Ermənistan Partiyasından olan deputat Qarnik Davtyan arasında başlayıb. Daha sonra onlarla deputat davaya qoşulub. Dava zamanı deputatlar bir-birinə yumruq və butulkalarla hücum ediblər. İclasa sədrlik edən Ruben Rubinyan qarşıdurmaya müdaxilə etməyə tələsməyib və yalnız dava qızışdıqdan bir müddət sonra təhlükəsizlik əməkdaşlarını çağırıb. Bundan sonra iclasda fasilə elan edilib”