Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin ilkin addımları atılır. Tribuna.az xəbər verir ki, Bakı İrəvana benzin satmaqla prosesə start verib.
İndiyə qədər 3 partiya benzin və dizel göndərilən Ermənistanla başqa məhsulların idxal və ixracı məsələsində də müzakirələrin getdiyi bildirilir. Hələ bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirmişdi ixraca dair malların siyahısını hazırlayırlar.
Dünə erməni nəşrləri yazaraq iddia ediblər ki, Ermənistandan Azərbaycana alüminium ixrac ediləcək. Hətta bəziləri erməni aliminimum zavodlarının bununla bağlı hazırlıqlara başladığını qeyd ediblər.
Qeyd edək ki, erməni tərəfi Azərbaycandan təkcə benzin almaq fikrində deyil. Tribuna.az xəbər verir ki, İrəvan Bakıdan digər məhsullar da almaq üçün araşdırma aparır.
Fərda Uğur









