Ermənistanda Zəngəzur dəhlizi məsələsi aktuallaığını qoruyub saxlayır.
Tribuna.az xəbər verir ki, yerli müxalifət və ekspertlər bu məsələni əsl “dərdə” çeviriblər.
Politoloq Benjamin Matevosyan iddia edir ki, ABŞ dövlət katibi Cey Di Vensin səfəri Azərbaycanın TRIPP-də səhmdar olması ilə bağlıdır. “Yəni, o, Bakıda TRİPP məsələsini müzakirə edib, Azərbaycana payın verilməsini rəsmiləşdirəcək”.
Analitik Vardan Hakobyan isə o fikirdədir ki, TRIPP sırf hərbi planlaşdırma məqsədləri üçündür.
Erməni şərhçi qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya təhlükəsi çoxdan mövcud deyil. “Çünki Azərbaycan öz məqsədlərinə və Ermənistan tərəfindən gözlənilən güzəştlərə yalnız diplomatik və siyasi yollarla nail olur”.
Hakopyanın fikrincə, Azərbaycan yalnız diktə edir. “Həm ordumuzun, həm də dövlətimizin vəziyyətini nəzərə alsaq, hücum mənasızlaşır. Niyə Azərbaycan müqaviləni imzaladıqdan sonra Ermənistana hücum etsin ki? O istədiyi şey yalnız diplomatik və siyasi yollarla, yəni Ermənistana öz diktələrini tətbiq etməklə əldə edilə bilirsə, təcavüzkar adını niyə üzərinə götürməlidir?”
Fərda Uğur









