“Ege Hospital”da maaş böhranı

“Ege Hospital”da maaş böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ege Hospital”da əməkhaqlarının gecikdirildiyi iddia olunur.

Tribuna.az-a bununla bağlı klinikanın əməkdaşları məlumat verib. Bildirilib ki, maaş gecikmələri təkcə inzibati heyətə deyil, tibbi personala da şamil olunur.

İşçilərin sözlərinə görə, fevral ayının maaşları yalnız aprel ayının əvvəlində ödənilib.

Mart və aprel aylarının əməkhaqları isə hələ də verilməyib.

Klinikadakı maliyyə və idarəetmə problemləri Barat Yusubovun “Yeni Klinika”dakı vəzifəsindən uzaqlaşdırılması ilə əlaqələndirilir.

Problemin səbəbini öyrənmək üçün” Ege Hospital”la dəfələrlə əlaqə yaratmağa çalışdıq. Lakin nə zənglərimizə, nə də məsul şəxslərə göndərdiyimiz sorğulara cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul