“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 3,35% artaraq 1 barelə görə 109,26 ABŞ dolları təşkil edib.
Tribuna.az-in məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 4,2% artaraq 105,42 ABŞ dollarına bərabər olub.









