Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda istirahətdə olan sosial media fenomenləri Dilan Polat və Engin Polat cütlüyünün qaldığı oteldə silahlı hücum baş verib.
Tribuna.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Alaçatıda yerləşən otellərdən birində qeydə alınıb. Hücum zamanı Engin Polatın əmisi oğlu olduğu bildirilən və eyni zamanda cütlüyün mühafizəçisi kimi çalışan 37 yaşlı Can Polat ağır yaralanıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçaraq gizlənib.
Ehtimal edilir ki, hücum edən şəxsin məqsədi Engin və ya Dilanı öldürmək olub.
Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Gülşən Rəsul










