Bu gün Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xaçın su anbarında batan ata və iki övladının ölümündən 40 gün ötür.
Tribuna.az xəbər verir ki, bu barədə paylaşım edən qazi Rey Kərimoğlu ata və iki övladının qəbirüstü abidəsini fotosunu paylaşıb.
Xatırladaq ki,
Şərif İsgəndərov üç övladı və xanımı ilə doğulduğu, 44 günlük Vətən Müharibəsində işğaldan azad edilən Xaçındərbənd kəndinə dincəlməyə gedib. Ailənin ən kiçik övladı Xaçın su anbarının yaxınlığında şəkil çəkdirmək istəyərkən büdrəyib suya yıxılıb. Onu sudan çıxarmaq üçün ata, ardınnca isə digər iki övladı suya atılıb. Azyaşlı sudan çıxarılsa da, 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda boğularaq həyatını itirib.
Gülşən Rəsul
Bu acı xəbər bütün mətbuatı, sosial şəbəkələri bürüdü…
********** **********
Bəli, o dəhşətli gündən 40 gün keçir…Necə keçir? Bir Şərifin ailəsi, dostları, bir də yaxınları bilir necə ağır keçdi. Bu elə bir ailə faciəsidir ki, sözlə anlatmaq çox çətindir.
Həlak olan Şərif İsgəndərov Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə 13-cü Tağımının inspektoru, çox nümunəvi polis əməkdaşı idi.
Şərifin atası isə Şəmsəddin İsgəndərov 1990-cı ildən Ağdamda polis alayının tərkibində erməni işğalçılarına qarşı döyüşüb. Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər cəbhə bölgələrində qanlı döyüşlərdən keçib. Onun son döyüşü isə 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin döyüşdə Şəmsəddin İsgəndərov şəhid olub, üç övladı yadigar qalmışdı. O övladlardan biri isə Şərif idi…
40 gün əvvəl Şərif, Fidan və Tunar faciləi şəkildə həlak oldular…
Onların faciəli ölümündən 40 gün keçir…
Amma Anası Bilqeysin, xanımı Humayın göz yaşları qurumur.
Hafizin, Turalın, Pərvinin və digər dostlarının kədəri gözlərindən, üzlərindən görünür.
Allah şəhidimiz Şəmsəddin İsgəndərova, oğlu Şərifə və nəvələri Tunar ilə Fidana rəhmət eləsin!









