Danelyan: “Azərbaycan Zəngəzuru almaq üçün böyük güclərin razılığını alacaq”

Danelyan: “Azərbaycan Zəngəzuru almaq üçün böyük güclərin razılığını alacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan düşünülmüş və çoxşaxəli siyasət yürüdə bilir ki, bu da Ermənistandakı mövcud hökumət olmadan mümkün olmazdı”.

Tribuna.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danelyan deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Bakı Minsk Qrupunun həmsədr ölkələrinə mövcud Ermənistan hökumətinin dağıdıcı olduğunu və vəziyyətin müharibə yolu ilə dəyişdirilə biləcəyini göstərə bildi. “Buna nail oldu. Müharibəyə icazə alındı”.

O qeydd edib ki, hazırda yenidən təhlükəli vəziyyət yaranıb. “Azərbaycan Süniki öz nəzarəti altına almaq üçün supergüclərin razılığını almalıdır. Sünikin yeganə geosiyasi əhəmiyyəti onun kommunikasiya imkanlarıdır”.

Danelyan iddia edib ki, Azərbaycanın Zəngəzuru nəzarətinə almaqla bir çox hədəfllərinə nail olmaq istəyir. “Azərbaycanın məqsədi Rusiya və İrana öz ərazisi vasitəsilə quru əlaqəsi qurmağa, yəni həmin ölkələr üçün strateji əhəmiyyət kəsb edən şimal-cənub marşrutu adlanan quru yolu ilə əlaqə qurmağa və bunun müqabilində Qərb, ilk növbədə Aİ üçün strateji əhəmiyyət kəsb edən Sünikdən keçən şərq-qərb marşrutuna nəzarəti ələ keçirməyə imkan verməkdir”.

Fərda Uğur