Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin 25 may saat 00:00-dan etibarən Azərbaycana giriş-çıxışının təmin edilməsi ilə bağlı qərar verib.
Tribuna.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Qeyd edək ki, ADY 26 maydan başlayaraq Bakı-Tbilisi-Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarına başlayacaq.








