Bu gün UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinin püşkatması keçiriləcək.
Tribuna.az xəbər verir ki,püşkatma nəticəsində “Qarabağ”ın UEFA Çempionlar Liqasının “pley-off” mərhələsindəki rəqibi də məlum olacaq.
Komandamız 1/8 finala vəsiqə üçün ya PSJ (Fransa), ya da “Nyukasl” (İngiltərə) klubu ilə yarışmalı olacaq.
Pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17-18 fevral və 24-25 fevralda oynanılacaq.
Sənan Məmmədli









