Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

Bu gün Konfrans Liqasının qalibi bəlli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Konfrans Liqasının qalibi bu axşam bəlli olacaq.

Tribuna.az xəbər verir ki, final matçında İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gələcək.

Oyun Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da keçiriləcək.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.