Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində su təminatında fasilə yaranacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən  Tribuna.az-a bildirilib ki, qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Suyun verilişində yaranmış fasilənin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.