“Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” – Generaldan açıqlama

“Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” – Generaldan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı baş verən yanğından danışıb.
TİA.AZ  xəbər verir ki, unikal.org-a açıqlama verən Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısa qapanmadan baş verib:
“Yağının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”.
Etibar Mirzəyev hadisə yerinə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun gəlməməsinə isə belə münasibət bildirib:
“Nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir. Böyük yanğın deyil ki, Kəmaləddin Heydərov ora gəlsin”.