Böyük şəhər hökuməti formalaşdırılmalıdır – Natiq Cəfərlidən yağış TƏKLİFİ

Böyük şəhər hökuməti formalaşdırılmalıdır – Natiq Cəfərlidən yağış TƏKLİFİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının əsas infrastruktur problemlərinin həlli üçün təkcə vəsait kifayət etmir. Paytaxtda ilk növbədə idarəetmə sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bunu dəfələrlə demişik və yenə də təkrar edirik: Böyük Şəhər Bələdiyyəsi yaradılmalı, Böyük Şəhər Hökuməti formalaşdırılmalıdır.

Bu sözləri Tribuna.az-a Real Partiyasının sədri Natiq Cəfərli deyib. O bildirib ki, bütün kommunal xidmətlər vahid mərkəzdən idarə olunmalıdır:

“Hazırda su problemi ilə bir qurum, yol problemi ilə başqa bir qurum, kanalizasiya məsələləri ilə isə fərqli təşkilat məşğul olur.

Bu pərakəndə idarəetmə sistemi problemlərin operativ və effektiv həllinə mane olur. Bütün bu sahələr birləşdirilməli, vahid idarəetmə mexanizmi altında fəaliyyət göstərməlidir ki, mövcud problemlər də daha çevik şəkildə öz həllini tapsın.
Təbii ki, bunun üçün böyük maliyyə vəsaiti tələb olunur. Söhbət milyardlarla manatlıq investisiyadan gedir.

Ancaq bu vəsait ayrılmadan əvvəl ilk növbədə pərakəndə idarəetmə problemi aradan qaldırılmalı, koordinasiyalı və mərkəzləşdirilmiş idarəetmə sistemi qurulmalıdır”.

Nigar İxtiyarqızı