Bakı şəhəri, Binəqədi rayonu ərazisində aparılan qanunsuz tikinti işləri sakinlərin narazılığına səbəb olub.
Tribuna.az xəbər verir ki, bu barədə danışan sakinlər bildirib ki, işlər M.S.Ordubadi küçəsində aparılır.
Sakinlər iddia edir ki, hazır və işlək obyektin üzərinə əlavə artırma edilir. İddiaya görə işlər qanunsuz formada aparılır. Sakinlər bildirib ki, bu barədə Binəqədi rayon İcra Hakimiyyətinə və icra başçısı Elxan Allahverdiyevə müraciət də ediblər. Lakin hələlik sakinlərin müraciətinə cavab verilməyib. Həmçinin narazılıq yaradan tikinti ilə bağlı da heç bir tədbir görülməyib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









