Bəzi yerlərdə yollar buz bağlayacaq – Xəbərdarlıq

Bəzi yerlərdə yollar buz bağlayacaq – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

 Tribuna.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı  gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.