ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan edib ki, “Tramp sülh planı” çərçivəsində tənqidlər ya təşəbbüsü səhv başa düşür, ya da “vacib reallıqları” anlamır.
Tribuna.az xəbər verir ki, o, əlavə edib: “istənilən sülh planı üç aspekti əhatə etməlidir:
Ukraynanın suverenliyini qoruyaraq qətllərə son qoyulması;
plan həm Rusiya, həm də Ukrayna hakimiyyəti üçün məqbuldur;
Razılaşma hərbi əməliyyatların bərpa olunmama şansını artırır.
J.D.Vens sosial media platforması X-da yazıb: “Ümumi bir yanlış fikir var ki, əgər biz sadəcə daha çox pul, daha çox silah versək və ya daha çox sanksiyalar tətbiq etsək, qələbə əldə edilə bilər. Sülhə uğursuz diplomatlar və ya fantaziya aləmində yaşayan siyasətçilər nail ola bilməz. Buna real dünyada yaşayan ağıllı insanlar nail ola bilər”.
Qeyd edək ki, noyabrın 21-də Axios Rusiya-Ukrayna münaqişəsinin həlli üçün ABŞ-ın 28 bəndlik sülh planını dərc edib. Nəşrin mənbələri iddia edir ki, bu, sənədin baxılmaq üçün Moskva və Kiyevə göndərilmiş variantıdır. Financial Times-ın məlumatına görə, Ukrayna rəsmiləri planı tənqid edərək, planın Kiyev üçün qəbuledilməz güzəştləri ehtiva etdiyini iddia edib. Aİ ölkələri də sənədin təklif olunan variantına qarşı çıxıblar.
Dəniz Pənahova









