“Bakı şəhəri Əsaslı Tikinti və Təmir” MMC yeni tenderinin nəticəsini açılqlayıb. Tribuna.az xəbər verir ki, həmin tenderə əsasən Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyü təmir ediləcək.
Tenderin qalibi “PROQRESS İNŞAAT EN” MMC olub. Şirkət bu işin müqabilində MMC-dən 2 milyon 473 min 224 manat ödəniş alacaq.
Fərda Uğur









