Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb -VİDEO

Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda motosiklet sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Tribuna.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür./APA