Bakıda fotoqraf restoranı məhkəməyə verir – Maraqlı səbəb – FOTO

Bakıda fotoqraf restoranı məhkəməyə verir – Maraqlı səbəb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Texnologiyanın inkişafı ilə sosial şəbəkələrin yaranması informasiya mübadiləsinin asanlaşmasına gətirib çıxardı.

Həmin informasiya mənbələrindən biri də, şübhəsiz, fotoqrafların əzab-əziyyətlə çəkdikləri fotoşəkillərdir. Təəssüf ki, bir çox halda onların da müəllif hüquqları pozulur, fotoları icazələri olmadan müxtəlif məqsədlərlə istifadə olunur.

Zərərçəkən qismində minval.info-ya danışan fotoqraf Elxan Qəniyevin sözlərinə görə, İnqilab prospektində ailəvi kabab evi kimi fəaliyyət göstərən restoran, müəllifin çəkdiyi fotoşəkili icazəsi olmadan özünün reklam lövhəsində istifadə edib:

“Müəllif hüquqlarım tapdanıb. Haqlı olsam da, nə edəcəyimi bilmirəm. Amma nə yolla olursa-olsun haqqımı tələb edəcəyəm”.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, ayakkabılar ve açık hava

Məsələ ilə bağlı ilk olaraq adıçəkilən restoranla əlaqə saxladıq. Amma  suallarımıza cavab ala bilmədik. Restorandan bizə bildirdilər ki, onların bu məsələdə heç bir günahları yoxdur:

“Reklam banneri sifariş etdik, hazırladılar, gətirdilər. Oraya vurulan fotodan xəbərimiz yoxdur”.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən minval.info-ya bildirdilər ki, fotonun müəllifi həmin şəklin ona məxsus olduğunu isbat edəcəyi halda ona hüquqi kömək edə bilərlər:

“Hətta biz məhkəmə zamanı da fotoqrafın müəlliflik hüququnu qorumaq üçün əlimizdən gələni edəcəyik”.