“Amay”ın qarşısında kişinin başına daş düşdü

“Amay”ın qarşısında kişinin başına daş düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, “Amay” ticarət mərkəzi ərazisindən çağırış qeydə alınıb.

Tribuna.az xəbər verir ki, bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

1991-ci il təvəllüdlü şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, kişinin başına daş düşdüyü bildirilir.