Bakıdakı idman mərkəzlərindən birində oğurluq hadisəsi baş verib.
Tribuna.az xəbər verir ki, naməlum şəxs Xətai rayonunda yerləşən “Xətai İdman Mərkəzi” binasına qanunsuz daxil olaraq müxtəlif əşyaları aparıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (binaya, otağa və ya digər saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmə) maddəsi ilə ittiham elan edilib.
İş materiallarına əsasən, təqsirləndirilən şəxs idman mərkəzinin arxa hissəsindəki açıq pəncərədən içəri daxil olub və ayrı-ayrı otaqlardan müxtəlif əşyalar götürüb.
Oğurlanan əşyalar arasında “HP Pavilion” markalı noutbuk, “Torima” markalı proyektor, karate əlcəkləri, idman geyimləri, ayaqqabılar, qol saatları, çantalar, elektron avadanlıqlar, geyim və digər şəxsi əşyalar olub.
Ümumilikdə oğurlanan əşyaların dəyərinin 4 890 manat təşkil edib. Təqsirləndirilən şəxsin bu hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan dəyib.
Məhkəmədə təqsirləndirilən şəxs ona verilən ittiham üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (binaya, otağa və ya digər saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmə) ilə təqsirli sayılıb və 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo









