“Ermənistan dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşib. Ermənistan dövlətçiliyin son mərhələsindədir”.
Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistan Respublika Partiyasının rəsmisi Eduard Şarmazanovdur.
Onun sözlərinə görə, Azərbaycan illərdir Ermənistan hakimiyyətinə tələblər irəli sürür və hakimiyyət onları yerinə yetirir. “Buna baxmayaraq, Azərbaycanın tələbləri iartır. Əgər müstəqillik bəyannaməsinin məzmunu çıxarılarsa, “soyqırım”ın beynəlxalq səviyyədə tanınmasına, Qarabağın ermənilərə “məxsus” olmasına ciddi maneə olacaq”.
Fərda Uğur









