Türkiyənin Hatay vilayətində dənizdə boğulma təhlükəsi ilə üzləşən uşaq son anda balıq tutan vətəndaş tərəfindən xilas edilib.
Tribuna.az xəbər verir ki, hadisə sahildə balıq tutan şəxslərdən birinin diqqəti sayəsində faciə ilə nəticələnməyib. Dənizdə çabalayan uşağı görən balıqçı dərhal köməyə tələsərək onu sudan çıxarıb.
Hadisə zamanı yaşanan gərgin anları balıqçı mobil telefonu ilə lentə alıb. Görüntülərdə uşağın çətin vəziyyətdə olduğu, balıqçının isə cəld müdaxilə edərək onun həyatını xilas etdiyi əks olunub.
Uşağın sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, onun vaxtında göstərilən yardım sayəsində xilas olduğu bildirilir.
Gülşən Rəsul









