Bakıda beynəlxalq təhsil forumu keçiriləcək

Bakıda beynəlxalq təhsil forumu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Kaspi Universiteti və dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education təşkilatının birgə təşkilatçılığı Bakıda beynəlxalq təhsil forumu keçiriləcək. Sentyabrın 28-də keçiriləcək və “Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunacaq Forumda ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malaziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. onlarla ölkədən yüzlərlə tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak edəcəklər.
Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçiriləcək.
Tədbirin media koordinatoru ilə əlaqə:
0124926163 (daxili 31); +994 2636350 (V.Məmmədov)j