Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq

Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Tbilisi-Bakı qatarı ilə səyahət edəcək azyaşlı sərnişinlər üçün gediş haqqı açıqlanıb.

Tribuna.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumata əsasən, ADY-nin Bakı-Tbilisi-Bakı qatarında

– 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə pulsuz,
– 5-10 yaş arası uşaqlar isə səyahət sinifi, alış tarixi və mövsümdən asılı olaraq 50%-dək endirimlə səfər edə bilərlər.

Əsas qaydalar aşağıdakı kimidir:
– 5 yaşadək bir uşaq üçün nəzərdə tutulan pulsuz bilet mütləq şəkildə rəsmiləşdirilməlidir.
– ⁠Uşaqla səyahət etibarlılıq müddəti olan pasportun əsasında aparılır. Uşaq 1 valideynlə səyahət edirsə, digər valideynin və ya digər böyüklə (valideynsiz) səyahət edirsə, hər 2 valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi təqdim olunmalıdır.

Biletləri ADY-nin saytından, “ADY Mobile” tətbiqindən və ya dəmiryol kassalarından əldə edə bilərsiniz.