Bakı Neft Maşınqayırma Zavodundan milyonlarla manat geri çəkildi

Bakı Neft Maşınqayırma Zavodundan milyonlarla manat geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Neft Maşınqayırma Zavodu” MMC nizamnamə kapitalını kəskin azaldır.
Tribuna.az  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalının azaldılaraq hər birinin nominal dəyəri 1 manat olan 100 paydan ibarət 100 manat dəyərində formalaşdığını elan edir.

Hazırda isə zavodun nizamnamə kapitalı 16 100 000 manatdır.

Xatırladaq ki, “Bakı Neft Maşınqayırma Zavodu” 2010-cu ildə “Səttərxan adına Maşınqayırma Zavodu”, “Bakı Maşınqayırma Zavodu”, “28 May adına Maşınqayırma Zavodu” və “Bakı Neft-Mədən Maşınqayırma Zavodu” ASC-lərin birləşdirilməsi ilə yaradılıb. Şirkətin hazırda qanuni təmsilçisi Vəliyev Elxan Eldar oğludur.