“Azərxalça” tibb şirkətindən xalça naxışlı mallar alacaq

“Azərxalça” tibb şirkətindən xalça naxışlı mallar alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərxalça” ASC keçirdiyi tenderin nəticəsini açıqlayıb.

Tribuna.az xəbər verir ki, qurum milli xalça naxışlı daşıyıcı məhsulların satın alınmasını həyata keçirəcək.

Məlumatda bildirilir ki, tenderin qalibi “GİLL MED” QSC olub. “Azərxalça” şirkəti bu işin müqabilində 72 min 947 manat ödəniş edəcək.

Qeyd edək ki, “Gill Med” şirkəti Azərbaycanda tibbi ləvazimatlar və avadanlıqların satışı və istehsalı ilə məşğul olur. Onların “Azərxalça” kimi şirkətə xalça naxışlı malları necə, hansı şəkildə satacaqları maraqlıdır.

Fərda Uğur