“Azərsun”a aid şirkət ləğv edildi

“Azərsun”a aid şirkət ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sun Food Services” ləğv edildi, şirkət “Sun Food”a birləşdirildi

“Sun Food Services” MMC fəaliyyətini dayandıraraq “Sun Food” MMC-yə qoşulub.
Tribuna.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, Sun Food MMC “Sun Food Services” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

Eyni zamanda, Sun Food Services MMC təsisçinin qərarı əsasında “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.

Qanunvericiliyə uyğun olaraq, kreditorlar öz tələblərini şirkətlər tərəfindən göstərilən ünvanlara təqdim edə bilərlər.

Qeyd edək ki, qoşulma formasında yenidən təşkil zamanı birləşdirilən şirkətin bütün hüquq və öhdəlikləri varislik qaydasında onu qəbul edən hüquqi şəxsə keçir. Nəticədə “Sun Food Services” MMC hüquqi şəxs kimi fəaliyyətini dayandırır, onun aktivləri və öhdəlikləri isə “Sun Food” MMC-də cəmləşir.