“Azərişıq” ASC daha bir bahalı tenderinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, dövlət qurumu Xətai rayonundakı “Radiozavod” yarımstansiyasının və “Həzi Aslanov” -“Əhmədli” yarımstansiyaları arası kabel xəttinin yeni yarımstansiyaya giriş-çıxış edilməklə əlaqələndirilməsi yenidən qurulması prosesini həyata keçirəcək.
Məlumatda deyilir ki, tenderin qalibi “İMA-ENERGY” MMC-dir. 2Azərişıq” bu işlərin görülməsi müqabilində şirkətə 28 milyon 270 min 116 manat ödəniş edəcək.
Qeyd edək ki, “İma-Energy” QSC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 5 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şahin Tağızadə Əliş oğludur. Hüquqi ünvanı AZ1119, Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev, ev 33, m. 20 ünvanında yerləşir. Şirkətin rəhbəri isə Mirzə Faiq oğlu Nəsirovdur.
Fərda Uğur









