Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.
Tribuna.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Məlumata görə, agentliyin ləğv olunan yol istismar şirkətləri aşağıdakılardır:
“Bakı 1 №-li Yol İstismarı” MMC – direktoru Zaur Həmzəyev;
“Bakı 5 №-li Yol İstismarı” MMC – direktoru İntiqam Hüseynov;
“Bakı 6 №-li Yol İstismarı” MMC – direktoru Tural Dəmirli;
“Bakı 7 №-li Yol İstismarı” MMC – direktoru Müşviq İmranov;
“Bakı 8 №-li Yol İstismarı” MMC – direktoru Cabir Qurbanov;
“Bakı 9 №-li Yol İstismarı” MMC – direktoru Natiq İsmayılov;
“Bakı 10 №-li Yol İstismarı” MMC – direktoru Elman Cavadi;
“1 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Etibar Kərimov;
“17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Şahin Süleymanov;
“18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Camal Sadıxov.
Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.









