Azərbaycan özünü mal əti ilə 84 % təmin edir – İlham Əliyev

Azərbaycan özünü mal əti ilə 84 % təmin edir – İlham Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan özünün şəkəri tələbatını 102 faiz təmin edir və 96 min ton ixrac edir.

Tribuna.az xəbər verir ki, bunu Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

O bildirib ki, Azərbaycan özünün mal ətini 84 faiz təmin edir:

“Mal əti 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti 94 faiz, istehsal 88, idxal 5 min tondur. Yumurta 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min tondur. Bitki yağları ilə özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min tondur. Kərə yağı 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min tondur”.

Prezident qeyd edib ki, Çay 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxındır:

“Duzu Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min tondur. Un 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min tondur. Makaron məmulatları daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faizdir. Şəkəri özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər”.