Azərbaycan iş adamları Ermənistandan hansı malları almaq istəyir?- SİYAHI

Azərbaycan iş adamları Ermənistandan hansı malları almaq istəyir?- SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Azərbaycanla Ermənistan arasında ilkin ticarət əlaqələri bərpa olub. Tribuna.az xəbər verir ki, rəsmi Bakı anlaşmaya əsasən İrəvana artıq iki dəfə iri partiya benzin göndərib.

Lakin Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan iş adamlarının ermənilərdən almaq istədiyi məhsulların siyahısını hazırladıqlarını bildirib. O deyib ki, azərbaycanlı iş adamlarını maraqlandıran bir sıra ma və məhsullar var. “Yerevan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa xammalı, ferromolibden, ev heyvanları, brendi xammalı, siqaret və tekstil məhsullarının ixracı imkanları ilə bağlı danışıqlar aparırlar. Həmçinin, müəyyən məhsulların idxalına maraq göstərən Azərbaycan şirkətləri də var”.

Erməni nazir bildirib ki, Azərbaycan tərəfi maraqlandıqları müəyyən məhsulların siyahısını təqdim edib. “Biz də onlara ixrac edə biləcəyimiz miqdarı göndərmişik. Siyahımıza həmçinin güllər, istixana məhsulları: pomidor, bibər daxildir. Təxmini qiymət təklif etmişik”.

Fərda Uğur