AYNA iki ildə xidməti maşınlarının təmirinə 900 min manat xərcləyib

AYNA iki ildə xidməti maşınlarının təmirinə 900 min manat xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) balansında olan xidməti avtomobillərini təmir etdirəcək.

Tribuna.az xəbər verir ki, qurum bu məqsədlə keçirdiyi tenderə yekun vurub.

Məlumatda deyilir ki, Agentliyin balansında olan xidməti minik avtomobillərinin ehtiyat hissələrinin və təmiri xidmətinin satın alınmasına dair tenderin qalibi “SÜLH” FİRMASI olub. AYNA xidməti maşınlarının təmiri üçün firmaya 436 min 389 manat ödəyəcək.

Bildirək ki, AYNA ötən ilin sentyabrında da bu şirkətlə analoji işlərin görülməsi ilə bağlı müqavilə başlayıb. Belə ki, Agentlik xidməti avtomobillərini təmir etdirmək üçün tender keçirib və “Sülh” Firması da onun qalibi olub. Ötən il isə təmir xərcləri bu ilkindən bir qədər yüksək olub. Açıq mənbələrdə qeyd edilir ki, 18 sentyabr 2024-cü ildə bağlanılmış müqavilənin dəyəri 463 min 529 manat təşkil edib.

Fərda Uğur