AYNA əməkdaşları qaydaları belə pozur – Video

AYNA əməkdaşları qaydaları belə pozur – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir vətəndaş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi əməkdaşlarının qaydaları pozduğunu əks etdirən video paylaşıb.

Tribuna.az xəbər verir ki, AYNA əməkdaşlarının özbaşınalığı ilə bağlı video çəkən şəxs bildirib ki, o özü həmin yerdə avtomobil saxlayan zaman cərimələnib. Ancaq AYNA əməkdaşları qadağan olan yerdə xidməti avtomobillərini park edərək qayda pozur:

“Burada saxlayıb yaxınlıqdakı kafedə yemək yeməyə gediblər. Biz saxlayanda isə cərimə yazırlar”.

Sözügedən videoya şərh yazanlar da AYNA-nın qayda pozduğunu, hər yerdə özbaşınalıq etdiyini qeyd edib.

Sözügedən videonu və şərhləri təqdim edirik:

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul