“Atasığorta” buna görə cərimələnəcək

“Atasığorta” buna görə cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atasığorta” ilə bağlı cərimə protokolu imzalanıb.

Tribuna.az xəbər verir ki, sığorta şirkəti İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik qaydaları əeyhinə olan 518.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə – fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Atasığorta” ilə bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İşə 11 fevral tarixində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, məhkəməlik olan “Atasığorta”nın İdarə Heyətinin sədri Seymur Əliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul