Türkiyənin paytaxtı Ankarada havaların isti keçməsi səbəbindən bələdiyyə şəhər sakinlərini pulsuz sərin su ilə təmin edib.
Tribuna.az xəbər verir ki, bu barədə Ankarada olan jurnalist İmran Kərimli yazıb. O bildirib ki, Ankaranın Kızılay meydanında su çadırları qurulub:
“Qardaş Türkiyənin Ankara şəhərində Kızılay meydanında yerli bələdiyyənin təşəbbüsü – isti yay günlərində vətəndaşların sağlamlığını və rahatlığını düşünən gözəl bir sosial addımı çox bəyəndim. Kaş ki, bizim şəhərdə də yerli qurumlar və sahibkarlar bu cür xeyirxah təşəbbüslərə qoşularaq şəhərimizin müxtəlif nöqtələrində sərinləmə və su məntəqələri yaratsınlar.
Çünki xalqın rahatlığı və rifahı üçün görülən hər bir kiçik diqqət cəmiyyətdə həmrəyliyi və insan sevgisini daha da gücləndirən ən böyük nümunədir”.
Gülşən Rəsul












