Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli cəmiyyətlərinə icrası məcburi olan göstərişlər verib.
Tribuna.az Mərkəzi Bank “exchange”in vəzifəli şəxsini cərimələyib
bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Global İnnovations” MMC-yə “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum məbləği tələbinin, eləcə də həmin Qaydada nəzərdə tutulan digər tələblərin pozulması hallarının aradan qaldırılması məqsədilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.
“United Payment” MMC-yə isə yerində yoxlama zamanı qanunvericiliyin və normativ aktların tələblərinin pozulması halları aşkar edildiyindən, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması barədə icrası məcburi göstəriş verilib.
“Baku Pay” MMC-yə planlı yoxlama zamanı aşkar edilmiş qanunvericilik və normativ akt tələblərinin pozulması ilə əlaqədar olaraq, ödəniş xidməti istifadəçilərinə məxsus pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sistemlərindəki çatışmazlıqların aradan qaldırılması üçün “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən icrası məcburi göstəriş verilib.
“Fizza Pay” MMC-yə isə müəyyən edilmiş müddət ərzində daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi istiqamətində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.









