Azərbaycan Dəmir Yolları yaxın günlərdə bərpa ediləcək Bakı-Tbilisi-Bakı qatar səfərləri ilə bağlı məlumat yayıb.
Tribuna.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, hazırda Bakı-Tbilisi-Bakı qatarının bərpası üzrə texniki və təşkilati məsələlərlə bağlı işlər aparılır.
Bilet satışı ilə bağlı isə yaxın saatlarda ictimaiyyətə məlumat veriləcəyi qeyd edilib.
Gülşən Rəsul









