ABŞ səfirliyi: “İraqı tərk edin”

ABŞ səfirliyi: “İraqı tərk edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Bağdaddakı səfirliyi İraqda yaşayan Amerika vətəndaşlarını maksimum ehtiyatlı olmağa və imkan daxilində ölkəni tərk etməyə çağırıb.

Tribuna.az xəbər verir ki, səfirlik Yaxın Şərqdə artan gərginlik fonunda hava məkanının qəfil bağlanma ehtimalı barədə xəbərdarlıq edib.

Bildirilib ki, bəzi əməkdaşların ölkədən çıxarılması ilə bağlı göstəriş verilsə də, ABŞ-ın İraqdakı diplomatik missiyası fəaliyyətini davam etdirir.

Qeyd olunub ki, İraq ABŞ-ın səyahət tövsiyələri sistemində ən yüksək risk səviyyəsi olan 4-cü dərəcəli – “Səyahət etməyin” kateqoriyasında qalmaqda davam edir.