Sumqayıtlı məktəblinin böyük uğuru
Tribuna.az xəbər verir ki, son buraxılış imtahanında 300 bal toplayan Sumqayıt şəhər, 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseyin 11A sinif şagirdi Tuncay Əmiraslanlı dünyanın nüfuzlu ali məktəblərindən biri -The University of Manchester-in Aerokosmik Mühəndislik fakültəsinə qəbul olub..
Qeyd edək ki, Əmirslanlı Tuncay Natiq oğlu Fizika və astronomiya üzrə respublika olimpiadalarında dəfələrlə qızıl, gümüş və bürünc medallar qazanıb,intellektual yarışlarda uğur qazanıb.
İmran Kərimli









