İranın yeni dini lideri Müctəba Xamineyi avqustda Rusiyanın prezidenti Vladimir Putinlə görüşə bilər.
Tribuna.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
Onun sözlərinə görə, bu görüş Astanada keçiriləcək Xəzər Sammitində baş tuta bilər. “Avqustun 11-də Qazaxıstanda keçiriləcək Xəzər Sammiti Putinlə Xamineyi arasında ilk görüş keçirilə bilər”.
Fərda Uğur









