“Sabah” üçün asan, “Zirə” üçün çətin rəqib

“Sabah” üçün asan, “Zirə” üçün çətin rəqib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

Tribuna.az  xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək. “Turan Tovuz” klubu 28 turdan sonra 55 xalla üçüncü, “Zirə” isə 45 xalla dördüncü yerdə qərarlaşıblar.

Günün digər qarşılaşmasında isə lider “Sabah” öz meydanında autsayder “Karvanı”ı qəbul edəcək. Bank Respublika Arenada keçiriləcək bu maraqlı qarşılaşma saat 20:00-da başlayacaq. “Sabah” 69 xalla turnir cədvəlində liderdir, yevlaxlılar isə 14 xalla sonuncu yerdədirlər.