“Biz Qarabağ məsələsi ilə bağlı Haaqa Məhkəməsinə müraciət edəcəyik. Əgər bu addımı 2023-24-cü illərdə etsəydik bu gün Azərbaycan kilsələrimizi sökməkdən çəkinərdi”.
Tribuna.az xəbər verir ki, bu sözləri Ermənistanın “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyan deyib.
Onun sözlərinə görə, “Türkiyə-Azərbaycan yumşaq gücü Ermənistan daxilində fəaliyyət göstərir. “Bu, o deməkdir ki, onlar müharibə yolu ilə deyil, yumşaq güc vasitəsilə insanların keçmişi və millətin dirçəlişi ilə bağlı düşüncələrini və təsəvvürlərini yenidən nəzərdən keçirməyə çalışırlar”.
Fərda Uğur









