ABŞ və İran arasında müzakirələrin baş tutmaması, hər iki tərəfin hazırlığa başlaması ilə müşahidə olunur.
Tribuna.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı Lajes aviabazasından Yaxın Şərq istiqamətində uçuş həyata keçirib.
Məlumatda deyilir ki, təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-46A Pegasus yanacaq dolduran təyyarələri tərəfindən müşayiət olunub.
Bu sənada, ABŞ prezidenti Donald Tramp İrana üç gün vaxt verdiyini açıqlayıb: “İranın neft infrastrukturunun partlamasına təxminən üç gün qalıb”.
Bunun ardından isə məlum olub ki, İranla bağlı bu gün Ağ Evdəki “Oval Masa”da müzakirələr aparılacaq. “Tramp bu gün İranla bağlı “Oval Otaq”da görüş keçirəcək. Böyük ehtimalla müharibəyə davam qərarı veriləcək”.
Hərçənd İran da sakit dayanmaq fikrindən uzaqdır. Dünən SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı ABŞ-ı hədələyən bəyanat yayıb. “ABŞ-nin bölgədəki fəaliyyəti davam edərsə, İran Silahlı Qüvvələri qətiyyətli və effektiv şəkildə cavab verəcək. Amerika bu gün bölgədə piratçılıq və reketliklə məşğuldur”.
Fərda Uğur









