İslamabad danışıqları bitdi: Pakistan geri çəkildi

İslamabad danışıqları bitdi: Pakistan geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bir neçə gün əvvəl Pakistana səfər edən İranın XİN başçısı Abbas Əraqçı ilə ABŞ nümayəndələri arasında görüş keçiriləcəkdi.

Tribuna.az xəbər verir ki, kiçik heyətlə İslamabada gələn Əraqçı hər hansı müzakirələrin olmayacağını bəyan edib.

O bildirib ki, İranın mövqeyini Pakistan vasitəsilə çatdıracaqlar.

Bu fonda ABŞ da İslamabada göndərmək istədiyi nümayəndələrinin səfərini təxirə salıb. Belə ki, Kuşner və Uitkof Pakistana uçmaqdan vaz keçiblər.

Pakistanın xarici işlər naziri İshaq Dar isə bildirib ki, ABŞ-İran danışıqlarına hazırlıq məqsədi ilə ölkədə tədbirlər ləğv edilib. Bununla bağlı müvəqqəti təhlükəsizlik tədbirləri ləğv olunub.

ABŞ prezidenti Donald Trampın da bununla bağlı açıqlamaları var. O deyib ki, bundan sonra onlar İranla görüşmək üçün hər hansı ölkəyə getməyəcəklər. “Əgər İran danışıqlar aparmaq istəyirsə, ABŞ-a gəlsinlər. Təyyarəyə minim, bunu edə bilərlər”.

Hadisələrin gedişatı belə deməyə əsas verir ki, Pakistan vasitəçilikdən çəkilməsə də, danışıqlar prosesini təşkil edən prosesdən uzaqlaşmağı qərarlaşdırıb. İslamabadda təhlükəsizlik tədbirlərinin ləğv edilməsi də bunu düşünmək üçün əsas verir.

Fərda Uğur