Köçəryan ermənilərə yenə “boş ümid”lər verir

Köçəryan ermənilərə yenə “boş ümid”lər verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Robert Koçaryan seçki təbliğatı dövründə tərəfdarlarına yenidən boş və reallaşması mümkün olmayan vədlər verir.

Tribuna.az xəbər verir ki, bütün təbliğatını Qarabağ məsələsi üzərində quran keçmiş prezident yenidən məntiqsiz açıqlaması ilə gündəmə gəlib.

Belə ki, o, iddia edib ki, “Bu gün Qarabağa qayıtmaq hüququndan danışmaq realdır”. Onun sözlərinə görə, ermənilər buna nail ola bilər. “Hazırda dünyada nələrin baş verdiyinə baxsaq, on ildən sonra Cənubi Qafqazda nə baş verəcəyini heç kim bilmir. Buna görə də bu addımı atmalıyıq və biz bunu edə bilirik. Vacib şərt budur: Qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması”.

Fərda Uğur