Məlum olduğu kimi, qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanda bir sıra tədbirlər keçirilib.
Tribuna.az xəbər verir ki, Ermənistan paytaxtının Azadlıq Meydanında keçirilən “tədbir”də Türkiyənin bayrağı yandırılıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu hadisəyə mənfi münasibətini bildirib. O deyib ki, belə hallar qonşu ölkələrlə münasibətlərin pozulması və düşmənçiliyin davam etməsi üçün səbəb olacaq.
Nəzərinizə çatdıraq ki, Azərbaycan XİN-də bu hadisəyə reaksiya verib. Nazirlik yaydığı bəyanatda bayrağın yanddırılmasını pisləməklə yanaşı, onu həyata keçirənlərin cəzalandırılmasını tələb edib.
Ermənistan mediasında nazirliyin bu açıqlaması etirazla qarşılanıb. Məsələn, News.am saytı bunu “Azərbaycan XİN-in “soyqırım” günü Türkiyə bayrağının yandırılması ilə bağlı açıqlaması daha çox Ermənistana təlimat vermək kimi görünür” kimi təqdim olunub. Sayt yazıb ki, “Bir millət, iki dövlət” şüarının ruhuna uyğun olaraq, rəsmi Bakı İrəvanın hərəkətlərini, o cümlədən “öz vətəndaşlarını məsuliyyətə cəlb etməyi” açıq şəkildə diktə edir”.
Fərda Uğur









